İDMAN


Gənclərdən ibarət boks üzrə yığmamızın məşqçilər korpusu müəyyənləşib

Bakı, 14 fevral, AZƏRTAC 

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 58 yaşlı mütəxəssis Əli İsmayılov və Şahin İmranovla birgə çalışacaq.

Ə.İsmayılov sabiq baş məşqçi Vaqif Şirinovun vaxtından bu komandada çalışıb. Ş.İmranov isə bu vəzifədə Etibar Abdullayevi əvəzləyib.

Qeyd edək ki, Etibar Abdullayev işini Vaqif Şirinovla birgə əsas yığmada davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.