İDMAN


Gənclərdən ibarət qrup hərəkətləri komandamız Avropa çempionatında 5 halqa ilə çıxışını uğurla başa vurub

Bakı, 16 may, AZƏRTAC

Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən 35-ci Avropa çempionatında 5 halqa ilə çıxışını uğurla başa vurub.

AZƏRTAC xəbər verir ki, çempionatda 15-ci nömrə altında çıxış edən Azərbaycan millisinin çıxışı azarkeşlər tərəfindən böyük coşğu ilə qarşılanıb.

Komandamızın heyətində Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə yer alıblar.

İyirmi komanda finala vəsiqə qazanmaq üçün mübarizə aparır. Beş halqa üzrə yarışın finalı mayın 19-da təşkil olunacaq.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər. Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.