MƏDƏNİYYƏT


“Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konserti Filarmoniyada olacaq

Bakı, 7 yanvar, AZƏRTAC

“Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konsert proqramı M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.

AZƏRTAC xəbər verir ki, yanvarın 13-də təqdim olunacaq konserti dirijor Orxan Haşımovun bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

Konsertdə respublikanın gənc ifaçıları müxtəlif musiqi nömrələri ilə çıxış edəcək, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edəcəklər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən artıq konsert proqramı təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.