MƏDƏNİYYƏT


“Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konserti kamera və orqan musiqi zalında təqdim olunacaq

Bakı, 7 yanvar, AZƏRTAC

“Gəclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konsert proqramı M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası nəzdində olan kamera və orqan musiqi zalında reallaşacaq.

AZƏRTAC xəbər verir ki, yanvarın 23-də təqdim olunacaq konsert “Qış kaleydoskopu” adı altında təşkil olunacaq. Konsertdə respublikanın gənc ifaçıları Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edəcəklər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən artıq konsert proqramı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.