MƏDƏNİYYƏT


“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert təqdim ediləcək

Bakı, 11 mart, AZƏRTAC

Martın 14-də “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.

Konsert çərçivəsində gənc ifaçı Toğrul Hüseynli tərəfindən tanınmış və klassik bəstəkarların əsərləri səsləndiriləcək.

Qeyd edək ki, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində hər il mütəmadi olaraq konsert proqramları təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.