CƏMİYYƏT


Gənclərə jurnalistika ilə bağlı “İnformasiya cəbhəsinin əsgərləri” mövzularında təlimlər keçirilib

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Gənclər Fondunun dəstəyi, Davam Gənclər Hərəkatının təşkilatçılığı ilə “New Media Hub” platforması çərçivəsində Azxeber.com və Real Televiziyası tərəfindən təlimlər həyata keçirilib.

“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, təlimlər “İnformasiya cəbhəsinin əsgərləri” və “Yeni mediaya başlanğıc və sosial şəbəkələrlə düzgün işin qurulması” mövzularında olub.

Təlimlər çərçivəsində gənclərə jurnalistika ilə bağlı faydalı məsləhətlər verilib, onların çoxsaylı sualları cavablandırılıb və fikirləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.