REGİONLAR


Gəncləri radikalizm və ekstremizm təhlükəsindən qorumaq yolları müzakirə edilib

Lənkəran, 1 may, Bağır Əliyev, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Lənkəran rayonunun Səpnəkəran, Vel, Göyşaban, Ürgə kənd tam və Şağlaser kənd ümumi orta məktəblərinin direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatının rəhbərləri, kitabxana müdirləri və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edənlər şagirdlərin Azərbaycançılıq ruhunda tərbiyə edilməsinin, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyətini vurğulayaraq, məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyindən, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.

Qeyd olunub ki, radikal dini birliklər özündən fərqli dini inanc və əqidələrə qarşı barışmaz mövqe nümayiş etdirir, aqressiv təbliğat metod və vasitələrindən istifadə edir, cəmiyyətin nizamını pozmağa cəhd göstərirlər. Ekstremizm də qanunsuz fəaliyyət hesab edilir. Ekstremizm sosial-siyasi, dini və digər hədəflərə ifrat mübarizə metodları ilə çatmaq vasitəsidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb. Azərbaycan xalqı həmişə başqa xalqlara, başqa dinlərə də hörmətlə yanaşıb. Lakin, bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi narahat edir. Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu məsələyə yanaşmada elmə üstünlük verməklə milli dəyərlərə əsaslanmaq vacibdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.