CƏMİYYƏT
Gənclərimiz karyera sərgilərində onlar üçün yaradılan imkanları düzgün qiymətləndirməlidirlər
Bakı, 29 yanvar, AZƏRTAC
Karyera sərgisində maliyyə və bank sektorunda təklif olunan vakansiyaları nəzərdən keçirdim. Arzum gələcəkdə bu sahədə işləməkdir.
Bu sözləri 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Gənclər həftəsi” çərçivəsində Bakı Gənclər Mərkəzində keçirilən karyera sərgisini ziyarət edən Azərbaycan Dövlət İqtisad Universitetinin dördüncü kurs tələbəsi Emiliya Abbasova AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, karyera sərgisinə həm dövlət, həm də özəl sektoru təmsil edən müəssisələr xeyli sayda vakant iş yeri təklif edirlər. Sərgi biz gənclərdə böyük maraq oyadıb. Gənclərimiz belə tədbirlərdə daha fəal iştirak etməlidirlər. Sevindirici haldır ki, bu sərgiyə həm dövlət, həm özəl müəssisələr çoxlu vakansiyalarla qatılıblar. Gənclərimiz karyera sərgilərində onlar üçün yaradılan imkanları düzgün qiymətləndirməlidirlər.