CƏMİYYƏT


Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclər üçün iş imkanı yaradır

Bakı, 6 may, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən gənclər üçün iş imkanı yaradılır.

GİKM-dən AZƏRTAC-a bildiriblər ki, onlar komandanın üzvü olaraq region gəncləri arasında müasir düşüncə tərzinin formalaşdırılması, onlarda vətənpərvərlik hissinin aşılanması, şəxsi inkişaf və karyera planlaması istiqamətində fəaliyyət göstərmək istəyirsə, vakansiyalara müraciət edə bilərlər.

Mərkəz tərəfindən elan edilən vakansiyalara qeyd edilən rayonlarda yaşayan, istedadlı, ictimai, sosial sahələrdə fəal və qeyd olunan vəzifə tələblərinə uyğun gənclər (29 yaşadək olan) Azərbaycan Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi internet saytı (https://youthfoundation.az/vakansiyalar/) və “GencApp” mobil tətbiqi vasitəsilə mayın 31-dək onlayn qeydiyyatdan keçə bilərlər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.