CƏMİYYƏT
“Gənclərin Liderlik Akademiyası 2” layihəsi çərçivəsində “1 sual, 1 cavab” sessiyası keçirilib
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Baş katibi Ramin Həbibzadə və İdarə Heyətinin üzvü, həmçinin “Böyük Qayıdış” Gənclər Təşkilatının İcraçı direktoru Nail Şükürov “Gənclərin Liderlik Akademiyası 2” layihəsinin “1 sual, 1 cavab” sessiyasının qonaqları olublar.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, sessiya müddətində iştirakçılar tərəfindən yönləndirilən suallar cavablandırılıb və aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.