CƏMİYYƏT


“Gənclərin Simulyasiya Akademiyası” davam edir

Bakı, 17 avqust, AZƏRTAC

"İrəli" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Gənclərin Simulyasiya Akademiyası” layihəsi davam edir.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənclərin iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həllində fəal iştirakının təmin edilməsi, səmərəli idarəetmə alətlərindən istifadə, məhsuldarlığın artırılması, uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılmasıdır.

Layihə çərçivəsində ekspertlər Aydan Əsgərovanın və Orxan Şahbazlının təqdimatında “İnnovasiya”, “Komanda quruculuğu və motivasiya” mövzularında təlimlər keçirilib. Gənclər təlimlərdə və komanda işlərində fəallıq göstərərək müxtəlif istiqamətlər üzrə ideyalarını təqdim ediblər.

“Gənclərin Simulyasiya Akademiyası” layihəsi avqustun 24-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.