REGİONLAR


Gənclərin “Yay məktəbi”nin növbəti mərhələsinə start verilib

Şahbuz, 3 avqust, AZƏRTAC

Gənclərin istirahətinin səmərəli təşkili məqsədilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi”nin növbəti mərhələsinə start verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ənənəvi “Yay məktəbi” 3 gün davam edəcək. Layihənin proqramına əsasən, bu müddət ərzində təlim, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar və film nümayişi təşkil olunacaq.

Qeyd edək ki, “Yay məktəbi”nin budəfəki mərhələsində muxtar respublikada fəaliyyət göstərən orta ixtisas müəssisələrinin tələbələri, həmçinin könüllü gənclər iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.