CƏMİYYƏT


Gənclərin Yerli Məşvərət Şurasının növbəti toplantısı keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının növbəti toplantısı keçirilib.

AZƏRTAC Xəzər Rayon Gənclər və İdman İdarəsinin saytına istinadla xəbər verir ki, toplantıda qurumun rəisi Vüqar Əliyev, Xəzər Məşvərət Şurasının sədri Ümüd Həsənli çıxış edib, o cümlədən şuranın üzvləri ilə maraqlı fikir mübadiləsi aparılıb.

Görüşdə şuranın fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlər və qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması layihəsi" Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi və UNICEF-in texniki dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.