İDMAN


Gənclərin dünya birinciliyinin ikinci günündə iki boksçumuz rinqə çıxacaq

Bakı, 14 aprel, AZƏRTAC

Polşanın Keltse şəhərində gənclər arasında boks üzrə dünya birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə - aprelin 14-də iki boksçumuz rinqə çıxacaq. Təmsilçilərimiz Əli Zamanov (52 kq) Ruben Qarboyan (Ermənistan), Əsəd Baxışov (91 kq) isə Ramazan Dadayev (Rusiya) ilə mübarizə aparacaqlar.

Mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Əzrək Bəbirov rinqə çıxıb. Onaltıdabir final çərçivəsində rəqibinə qalib gələn boksçumuz növbəti mərhələyə vəsiqə qazanıb. O, səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla ilə üz-üzə gələcək. Bu qarşılaşma aprelin 17-də baş tutacaq.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 boksçunun (274 oğlan, 140 qız) qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.