İDMAN


Gənclərin dünya çempionatında ölkəmizi doqquz cüdoçu təmsil edəcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 17-dən 21-dək Bahama adalarının paytaxtı Nassau şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi 9 cüdoçu təmsil edəcək.

Kişilərin yarışında Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi 55 kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Murad Fətiyev (81 kq), Zelim Kotsoyev və Adil Kərimli (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.

Qadınların mübarizəsində Şəfəq Həmidova və Ramilə Əliyeva (hər ikisi 44 kq) birincilik uğrunda yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.