SİYASƏT


Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolu böyükdür

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu il üçün təsdiq olunan birgə tədbirlər planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin hərbi qulluqçularının, eləcə də komitənin bir qrup nümayəndəsinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib.

Görüşlərdə "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması", "Gənclərin tərbiyəsində İslam dininin rolu", eləcə də "Azərbaycan qanunvericiliyində vicdan azadlığı və dövlət-din münasibətləri" mövzularında geniş söhbətlər aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.