CƏMİYYƏT


Gənclərin məhkəmə-hüquq islahatları mövzusunda maarifləndirilməsi ilə bağlı layihəyə start veriləcək

Bakı, 29 noyabr, AZƏRTAC

“Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun, Ali Məhkəmənin və Vəkillər Kollegiyasının dəstəyi ilə “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində dekabrın 3-5-də Bakıda konfrans keçiriləcək.

ELSA Azərbaycandan AZƏRTAC-a bildiriblər ki, konfransın məqsədi Azərbaycan Prezidentinin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası istiqamətində məhkəmə-hüquq sistemində reallaşdırılan islahatlar barədə hüquqşünas tələbələri və gənc hüquqşünasları maarifləndirməkdir. Layihə çərçivəsində iştirakçılar son dövrlərdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlarla bağlı silsilə təlimlərdə iştirak edərək bu sahədə bilik və bacarıqlarını artıracaqlar.

Təlimlər Ali Məhkəmənin hakimləri və Vəkillər Kollegiyasının təcrübəli əməkdaşları tərəfindən keçiriləcək.

Tədbirin sonunda iştirakçılara sertifikat və xüsusi hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, həmçinin 60 mindən çox gənci sıralarında birləşdirən ELSA dünyanın hüquq təhsili alan gənclər və tələbələrin ən böyük təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə qoyulub. Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.