CƏMİYYƏT


“Gənclərin məşğulluğu” yay istirahət düşərgəsinə başlanılıb

Bakı, 27 iyul, AZƏRTAC

Gənclər və İdman Nazirliyi tərəfindən iyulun 30-dək Goranboy rayonunda “Əylənərik öyrənirik” şüarı ilə “Gənclərin məşğulluğu” adlı yay istirahət düşərgəsinə start verilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, düşərgənin proqramına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin ekspertləri tərəfindən təlimlər keçiriləcək, əyləncəli oyunlar, idman və bilik yarışları təşkil ediləcək. İştirakçılar Goranboy, Gəncə, Mingəçevir rayon, şəhərlərində fəaliyyət göstərən zavod və fabriklərin istehsal prosesləri ilə tanışlıq olacaqlar.

Düşərgə iştirakçıları “Gənclik”, “Gələcək” və “İnkişaf” adlı 3 komandaya bölünüblər.

Düşərgənin açılışında gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.