İQTİSADİYYAT


Gənclərin məşğulluq probleminin aradan qaldırılması üçün əmək yarmarkası təşkil olunub

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin “Young Card” layihəsi çərçivəsində gənclərin turizm sənayesində məşğulluq probleminin aradan qaldırılması məqsədilə aprelin 12-13-də “Agro Mall” ticarət mərkəzində əmək yarmarkası təşkil olunub.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, yarmarka böyük marağa səbəb olub. Belə ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası (ASK), “Bakı Tekstil Fabriki” MMC, kiçik əl işləri ilə məşğul olan sənətkarlar, bir çox turizm şirkətinin nümayəndələri, hüquq və konsaltinq şirkətləri yarmarkada iştirak edib. İş üçün müraciət edən şəxslərin sualları cavablandırılıb və gələcəkdə onların işlə təmin olunması, təcrübə proqramları üçün imkanlar yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.