CƏMİYYƏT


Gənclərin peşə seçimi imkanları genişləndirilir

Bakı, 2 dekabr, AZƏRTAC

Gənclərin peşə seçimi imkanlarının genişləndirilməsinə və əmək bazarında onların peşə profillərinə uyğun yer tutmalarına dəstək olmaq məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) ilə Gənclər və İdman Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, memorandumu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və gənclər və idman nazirinin müavini İndira Hacıyeva imzalayıblar.

Memoranduma əsasən, gənclərin peşə seçimində düzgün qərar qəbul edə bilmələri üçün onların bilik, bacarıq, motivasiya və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi məqsədilə “Gənclər evi” sosial xidmət müəssisələrində gənclər arasında “Peşə seçimi məqsədilə psixoloji diaqnostika” keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.