REGİONLAR


Gənclərin radikal dini təsirlərdən qorunması ilə bağlı müzakirələr aparılıb

Astara, 17 aprel, Bağır Əliyev, AZƏRTAC

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Astara şəhər 2 nömrəli tam orta məktəbdə “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə tədbirində çıxış edən məktəbin direktoru Şahsənəm Hüseynova dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmalarının, elm və təhsilə yiyələnmələrinin əhəmiyyətindən danışıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında dini radikalizm, ekstremizm və terrorizmin mahiyyətindən söz açaraq, gənclərin radikal dini təsirlərdən qorunmasının vacibliyini diqqətə çatdırıb.

T.Həsənzadə dini radikalizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında təhsilin və elmin böyük əhəmiyyət kəsb etdiyini və şagirdlərin cəmiyyətdə bir fərd kimi formalaşmasının əsas yolunun elmdən keçdiyini bildirib.

Məktəbin məktəbdənkənar və sinifdənxaric tədbirlər üzrə təşkilatçısı Nuranə Dadaşova şagirdlərin kənar təsirlərə düşməməsi üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu söyləyib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.