CƏMİYYƏT


“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda müzakirələr aparılıb

Bakı, 3 dekabr, AZƏRTAC 

Bərdə Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə X.İsmayılov adına Zümürxan kənd tam orta məktəbində “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin gənc müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Abbasov tədbirdə bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizm təhlükəsindən qorunması baxımından rolundan danışıb.

Bərdə rayon gənclər və idman idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Aydın Qasımov radikalizmin yaranmasından, ona dəstək verən, respublikamızın inkişafına mane olmaq istəyən qüvvələrdən, dünyada və ölkəmizdə radikalizmlə aparılan mübarizədən söz açıb.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Sərdar Məmmədov “Gənclərin radikal meyillərdən qorunması” mövzusundakı çıxışında Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Məktəbinin direktoru Bəkurə Ağayeva dini radikalizmin fəsadları barədə çıxış edərək, uşaqların bu təhlükədən uzaq qalması üçün müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib və filmlə bağlı müzakirələr aparılıb.

Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.