REGİONLAR


Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi istiqamətində tədbirlər davam etdirilir

Bakı, 9 oktyabr, AZƏRTAC

Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi” mövzusunda tədbir keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Gəncə Gənclər Evində təşkil olunmuş tədbirdə 30-a yaxın sahibkarlıq subyekti iştirak edib. Gəncə Şəhər İcra Hakimiyyətinin, Sahibkarlığın İnkişafı Fondunun (SİF), Gənclər və İdman Baş İdarəsinin, Destinasiya Menecmenti Təşkilatının, Gənclərin İnkişafı və Karyera Mərkəzinin, Gəncə KOB dostunun və KOB İnkişaf Mərkəzinin (KOBİM), “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin nümayəndələrinin və digər şəxslərin iştirakı ilə keçirilmiş tədbirin məqsədi gənc sahibkarların dövlətin dəstək mexanizmləri, KOBİA, SİF, Gəncə KOBİM və sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti və göstərdikləri xidmətlər barədə məlumatlandırmaq, onlar arasında əməkdaşlığı təşviq etməkdir.

Tədbir çərçivəsində, həmçinin sahibkarlara dövlətin güzəştli krediti hesabına maliyyələşdirmək istədikləri layihələri SİF-lə müzakirə etmək imkanı yaradılıb, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.