REGİONLAR


“Gənclərin söz dünyası” Sumqayıtda

Sumqayıt, 15 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nizami Gəncəvi adına Kitabxana - Klubu və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “Gənclərin söz dünyası” adlı tədbir keçirilib.

AYB-nin Sumqayıt şəhər təşkilatının sədri Gülnarə Cəmaləddin AZƏRTAC-a bildirib ki, kitabxana -klubda keçirilən görüşdə gənc şairlər Aygün Yaşar, Elşad Xaqan, Gülnar Ümid, Elvin İntiqamoğlu, Ümid Abbas iştirak ediblər.

Klubun müdiri Ülviyyə İsayeva tədbir iştirakçılarını salamlayaraq, gənclərin həyatımızdakı rolu və vəzifələrindən danışıb.

Şəhid anası Ruhiyyə Əhmədova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Natəvan Axundzadə, yazıçı Mənsurə Xələfbəyli, gənc yazıçı Amin Namaz və şair Vüsal Ağayev çıxış edərək belə tədbirlərin keçirilməsinin gənclərin yaradıcılığına olan diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.

Sonra şairlər şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.