CƏMİYYƏT
Gənclərin zərərli vərdiş və asılılıqlardan qorunmasına dair onlayn müzakirələr aparılıb
Bakı, 2 iyun, AZƏRTAC
Mingəçevir Gənclər Evində yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və müxtəlif zərərli vərdişlərin yayılmasının qarşısının alınmasına dair vebinar keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, vebinarda Psixologiya Elmi Tədqiqat İnstitutunun nəzdində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin və Narınc Psixologiya Mərkəzinin psixoloqu Nərmin Vəliyeva iştirakçılara zərərli vərdişlərlə mübarizədə maarifləndirmə işinin düzgün aparılmasının əhəmiyyətindən danışıb. Zərərli vərdişlərin və asılılıqların yaranma səbəblərindən və insan sağlamlığına mənfi təsirlərindən danışan N.Vəliyeva bu istiqamətdə aparılan mübarizənin əsas istiqamətlərindən biri kimi yeniyetmə və gənclərə asudə vaxtın səmərəli təşkilinə xüsusi diqqət yetirməyi, hərbi-vətənpərvərlik, idman, intellektual oyunlar və digər səmərəli fəaliyyətlərdə aktiv yer almağı tövsiyə edib.
Sonda gənclərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.