Gənclərinin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub
AzerTAg.az
Ordubad, 9 may, AZƏRTAC
“Naxçıvanı tanıyaq” devizi ilə gerçəkləşən ənənəvi səfərləri davam etdirilir. Bu dəfə isə muxtar respublikanın Şərur rayonunun gənclərinin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən ekskursiya çərçivəsində gənclər Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyini, Yusif Məmmədəliyevin, Məhəmməd Tağı Sidqinin və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət edib, eləcə də XVIII-XIX əsrlərə hamam və XIX əsrə aid məbəddə olublar.
Gənclər gəzinti zamanı muzeylərlə, tarixi abidələrlə bağlı ətraflı şəkildə məlumatlandırılıb, sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər.
Xatırladaq ki, gənclər və idman naziri Ramil Hacının Şərur rayon gəncləri ilə keçirilmiş görüşü zamanı iştirakçıların fikir və təkliflərindən biri də digər rayon və şəhərlərə təşkil olunan ekskursiyaların sayının artırılması ilə bağlı olub. Bu istiqamətdə reallaşdırılan layihə muxtar respublikanın bütün rayonlarının gənclərini əhatə edir.




Xəbərin mətnində orfoqrafik səhv var