CƏMİYYƏT


“Gənclərlə İş üzrə Menecerlərin İnkişaf Proqramı” layihəsi Mingəçevirdə keçiriləcək

Bakı, 21 iyun, AZƏRTAC

“Gənclərlə İş üzrə Menecerlərin İnkişaf Proqramı” layihəsi çərçivəsində ikinci düşərgə təşkilatlarda fəaliyyət göstərən layihələr üzrə menecerlər üçün olacaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, iyunun 24-27-də Mingəçevir şəhərində keçiriləcək layihənin məqsədi layihələr üzrə menecerlərin bilik və bacarıqlarının artırılmasına dəstək olmaqdan ibarətdir.

Qeyd olunub ki, layihədə ancaq üzv təşkilatların nümayəndələri iştirak edə bilər.

Layihədə iştirak etmək üçün qeydiyyatdan https://forms.gle/kAdUn8wGMbJ4eduk9 link vasitəsilə keçə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.