Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Gəncləşən muğam-5” layihəsi Azərbaycan Gəncləri Gününə gözəl bir töhfə olacaqdır VİDEO

Bakı, 17 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə reallaşan “Gəncləşən muğam” layihəsi davam edir.

Xalq Artisti, professor Mənsum İbrahimov ilə əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun bu birgə layihəsi çərçivəsində fevralın 2-də Heydər Əliyev Sarayında “Gəncləşən muğam-5” adlı konsert keçiriləcəkdir.

Xalq Artisti, professor Mənsum İbrahimov AZƏRTAC-a müsahibəsində layihə haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, layihəni ilk dəfə həyata keçirəndə tamaşaçılar və sənətkarlar tərəfindən çox maraq yarandığından onu davam etdirmək və hər il fevralın 2-də ənənəvi olaraq keçirilən Azərbaycan Gəncləri Gününə həsr etmək qərarına gəlinmişdir. Layihənin adı özündə yaşı min illərlə ölçülən muğam sənətinin gənclərin ifasında gəncləşdiyini əks etdirir.

Əgər ilk dəfə konsert yalnız tələbələrimizin iştirakı ilə təşkil olunmuşdusa, sonrakı illərdə layihənin əhatə dairəsi genişlənmiş, bu dəfə isə daha böyük miqyas almışdır. Yəni “Gəncləşən muğam-5” layihəsində 2005-ci ildən başlayaraq keçirilən 4 muğam müsabiqəsinin əsas qalibləri, diplomantları və sənətə yeni qədəm qoyan gənclər, beləliklə, tanınmış və tanınmamış ifaçılar, ümumilikdə 51 xanəndə iştirak edəcəkdir. İştirakçılar 12 yaşından tutmuş 35-36 yaşadək müxtəlif qrupları əhatə edəcəkdir. Həmçinin təkcə xanəndələr deyil, tar və kamança ifaçıları da onları müşayiət edəcəkdir. Bu həm də mənim sənət dostlarım olan əməkdar artistlər tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun ideyasıdır. Hazırda onlar musiqiçilərlə işləyirlər.

Layihə çərçivəsində ərsəyə gələn konsertin hər dəfə fərqli formatda təqdim edildiyini deyən Mənsum İbrahimov bu dəfəki ifaların keçən ilki kimi duet, sırf konsert deyil, teatrlaşdırılmış kompozisiya şəklində təqdim olunacağını diqqətə çatdırmışdır.

Layihəyə Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının dəstəyini vurğulayan görkəmli xanəndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, konsertə Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluş verəcəyini qeyd etmişdir.

Bildirmişdir ki, layihə çərçivəsində biz həm yeni gənclərimizi tamaşaçılara təqdim edirik, həm də tanınmış xanəndələrin kompozisiya şəklində o ifaçılarla birləşib muğamlarımızdan kompozisiyalar qururuq. Konsertdə “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarından da kompozisiyalar olacaqdır. Onları da biz sırf gənc ifaçılara vermişik. Aparıcılar da muğam parçalarına aid maraqlı fikirlər söyləyəcək, səhnə tərtibatı gözəl olacaqdır. Konsertdə Təbrizdən də xanəndə çıxış edəcəkdir. Hesab edirəm ki, konsert Azərbaycan Gəncləri Gününə gözəl bir töhfə olacaqdır.

Tanınmış xanəndə vurğulamışdır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyətimizin və incəsənətimizin, o cümlədən muğam sənətimizin təbliğində və tanıdılmasında müstəsna rolu vardır. Bu sahədə çalışan sənət adamlarına böyük dəstək və qayğı göstərilir. Azərbaycan beynəlxalq muğam festivallarına uğurla ev sahibliyi edir. Məhz bu çərçivədən, həmin layihənin davamı kimi konsertə beynəlxalq muğam festivalları münsiflər heyətinin üzvləri, ustad sənətkarlarımız, ziyalılarımız, müxtəlif peşə sahiblərini dəvət edəcək və gənclərimizi onlara təqdim edəcəyik. Belə tədbirlərdə hansısa bir gəncin yolu açılır, onun ifası kəşf edilir.

Mənsum İbrahimov demişdir: “Artıq məşqlər, eləcə də rəqabət başlamışdır. Ümid edirəm ki, nəticə yaxşı olacaqdır. Fürsətdən istifadə edib, tamaşaçıları fevralın 2-də Heydər Əliyev Sarayında reallaşacaq layihəni izləməyə dəvət edirəm”.

Layihənin digər müəllifləri olan əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov bildirmişlər ki, konsertdə Azərbaycan Milli Konservatoriyasının, eləcə də onun nəzdindəki musiqi kollecinin tələbələri, böyük sənətkarlarımızın tələbələri də çıxış edəcəklər. Xanəndələri 14 duet, yəni, tar və kamança ifaçıları müşayiət edəcəklər.

Məşqlərdə gənclərin rəqabəti və böyük məsuliyyəti hiss olunur. Rəqabət ondan irəli gəlir ki, hər kəs özünü səhnədə daha yaxşı göstərməyə çalışır. Məsuliyyətdən isə ondan irəli gəlir ki, onlar Ulu Öndərin adını daşıyan Heydər Əliyev Sarayında çıxış edəcəklər. Bu xoşbəxtlik isə hər sənətçiyə, ifaçıya nəsib olmur. Tamaşaçıların hər il konserti diqqətlə izləmələri bizi dəstəkləmələri isə ifaçılarımıza böyük ruh yüksəkliyi və güc verir.

“Gəncləşən muğam-5” layihəsi Azərbaycan Gəncləri Gününə gözəl bir töhfə olacaqdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikili sökülüb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

Növbəti köç karvanı Füzuliyə çatıb

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

“Dəniz limanlarının işi haqqında” 12-liman №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında” 9 №-li (liman) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 9 aprel tarixli 29/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 2/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI