MƏDƏNİYYƏT


“Gənclik illəri” kitabının təqdimatı olub

Bakı, 17 iyul, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialında fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı və Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi alim, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rəhilə Teymurovanın “Gənclik illəri” kitabının təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, tədbiri Səməd Vurğun Poeziya Ocağının rəhbəri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı açaraq müəllif haqqında məlumat verib. Dünya Azərbaycanlılarının Həmrəyliyi İctimai Birliyinin rəhbəri Tofiq Əlizadə kitabın “Şahdağ Xeyriyyə İctimai Birliyi”nin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Gənclərin formalaşmasında müasir təhsil sisteminin rolu” layihəsi çərçivəsində ərsəyə gəldiyini söyləyib.

Tədbirdə çıxış edənlər kitabın gənc nəslin tərbiyəsində böyük əhəmiyyət daşıyacağını diqqətə çatdırıblar.

Kitabxana filialın müdiri Turanə Əmirova yeni nəşri kitabxanaya təqdim etdiyi üçün müəllifə təşəkkürünü bildirib.

Sonda müəllif çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.