MƏDƏNİYYƏT


Gəncliyimiz sabahımızdır...

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Gəncliyimiz sabahımızdır” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə ulu öndər Heydər Əliyev və gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğını əks etdirən, eyni zamanda, ölkənin ictimai həyatında fəal iştirak edən qabaqcıl gənclər haqqında nəşr edilmiş 200-dək kitab və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.