CƏMİYYƏT


“Gəncliyimiz” yay düşərgəsinə qeydiyyat başlayır

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə yay tətilini daha səmərəli və əyləncəli keçirmək məqsədilə #GƏNCLİYİMİZ yay düşərgəsinə qeydiyyat başlayır.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, düşərgənin təşkilində əsas məqsəd gənc könüllülərin asudə vaxtlarını səmərəli keçirmələri, fərdi inkişaflarına təkan vermək, həmçinin peşəkar mentorların təqdimatında təlim və seminarların sayəsində zəruri bilik, bacarıq və səriştələrinin artırılmasıdır.

Bu il sentyabrın 1-dən 5-dək Naftalan şəhərində keçiriləcək düşərgə çərçivəsində gənc könüllülər qeyri-formal təhsil metodikası formatında könüllülük, təqdimat bacarıqları, ünsiyyət bacarıqları və könüllülərin inkişaf prosesinə dəstək məqsədli bir çox təlim və seminarlarda iştirak edəcəklər.

Düşərgənin keçirildiyi müddətdə iştirakçılar üçün komanda ruhu formalaşdıran oyunlar, intellektual yarışlar, musiqili-əyləncəli proqramlar təşkil olunacaq.

Peşəkar və şəxsi zəmində təkmilləşmək, əylənərək öyrənmək, yeni dostlar qazanmaq istəyən gənclər qeydiyyatdan keçə bilər.

bit.ly/3PpVOWW linki vasitəsilə düşərgəyə qeydiyyatdan keçmək mümkündür.

Qeyd: Yalnız cari fəaliyyət göstərən gənc könüllülər müraciət edə bilər.

Qeydiyyat üçün son müraciət tarixi avqustun 25-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.