REGİONLAR


Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək

Ağdam, 17 sentyabr, AZƏRTAC

Ölkəmizin işıqlı və gözəl gələcəyi sağlam, savadlı gənclikdən asılıdır. Odur ki, hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Xocavənd, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının gənclər və idman idarələrinin təşkilatçılığı ilə “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək” mövzusunda keçirilən videokonfransda səsləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun təşkil edilən tədbirə ərazisi işğal altında olan rayonlardan 64 nəfər fəal gənc qatılıb.

Gənclər və idman idarələrinin rəisləri çıxışlarında narkomaniyanın dəhşətli fəsadlarından və ona qarşı aparılan mübarizə metodlarından söhbət açıb, yetişməkdə olan nəsli bu sosial bəladan qorumağın yolları ilə bağlı fikir mübadiləsi aparıblar. Bildirilib ki, videokonfrans gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət tərəfindən görülən işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri barədə gəncləri maarifləndirmək, zərərli vərdişlərlə mübarizənin yolları haqqında gənclərin fikir və düşüncələrini öyrənmək məqsədilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.