REGİONLAR


“Gəncliyin səsi” Masallıda

Masallı, 4 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 4-də Masallı şəhərinin “ASAN həyat” kompleksindəki kinoklubda Gənclər Günü münasibətilə ənənəvi təşkil olunan “Gəncliyin səsi” festivalının növbəti mərhələsində gənc rejissorlarla görüş keçirilib, onların filmlərinin nümayişi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə reallaşan festivalın məqsədi gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunmasıdır.

Fevralın 5-dək davam edəcək festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, müxtəlif görüşlər və tamaşalar təşkil ediləcək.

Gənc rejissorlarla keçirilən görüşdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova, gənc rejissor Murad Quliyev festivalın əhəmiyyətindən, istedadlı gənclərin festival və müsabiqələrdə iştirakına dövlət tərəfindən verilən dəstəkdən danışıblar.

Daha sonra kinoklubda gənc rejissorlar Murad Quliyev və Zamin Məmmədovun “Debüt” studiyasında istehsal olunan “Yol ayrıcında qalmış taksı” və “Onun atası ” adlı qısametrajlı filmləri nümayiş etdirilib.

Tədbir hər iki film haqqında müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.