ELM VƏ TƏHSİL


“Gencmuellim.az” platforması davamlı öyrənmə imkanı yaradır

Bakı, 6 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təqdimatı olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Təqdimat zamanı müxtəlif bölgələrdə çalışan gənc müəllimləri özündə birləşdirən AGMA-nın fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, 2020-ci ildən dövlət qeydiyyatına alınan AGMA gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradır, innovativ inkubasiya imkanlarını təbliğ edir. AGMA-nın əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.

Qurumun sədri Rüfət Əsədzadə tələbələrə “Tələbə, məzun yox, təcrübəli məzun” mövzusunda təlim keçib. Görüşdə “gencmuellim.az” platformasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda platformada 3.500-dən çox aktiv müəllim və 18 müxtəlif kurs mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.