CƏMİYYƏT


Gender əsaslı zorakılıqla necə mübarizə aparmalı?

Bakı, 9 dekabr, AZƏRTAC

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti uzun müddətdir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx çalışır. Biz iki həftə əvvəl gender portalının təhvil verilməsində kömək göstərmişik. Gender portalı bu mövzuda olan məlumatların, biliklərin və əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rol oynaya bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində layihə rəhbəri Samuel Held dekabrın 9-da Bakıda gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası çərçivəsində "Yerli idarəetmədə gender bərabərliyinin təşviqi" mövzusunda konfransda söyləyib.

"Bundan əlavə vurğulamaq istərdim ki, son iki il ərzində bölgələrdə gender komissiyalarının yaradılması istiqamətində işlər görülüb. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti bu sahədə müxtəlif vasitələrlə kömək göstərir, yerlər avadanlıqlarla təchiz edilir, müvafiq təlimlər keçirilir və bu sahədə əməkdaşlıq mübadiləsi möhkəmləndirilir", - deyə S.Held qeyd edib.

O, həmçinin gender əsaslı zorakılıq məsələləri üzrə çalışmağın və birgə mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb. Bildirib ki, mütəmadi olaraq gender mövzusuna nəzər yetirilməli və bu mövzu üzrə çalışmalar həyata keçirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.