REGİONLAR
Gəndov-Yalama avtomobil yolunda baş verən qəzada 3 nəfər yaralanıb FOTO VİDEO
Şabran, 12 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 12-si Gəndov-Yalama avtomobil yolunda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı “Mercedes” markalı yük maşını eyni markadan olan minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik maşınında olan Şabranın Aygünlü kənd sakinləri Həmidli Anar Aydın oğlu, Quliyev Məcnun Teyyub oğlu və Quliyev Sadiq Hacıbaba oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onlara müvafiq tibbi yardım göstərilib.
Xəstəxanadan bildirilib ki, yaralılardan sürücü Anar Həmidli kəllə-beyin travması aldığından vəziyyəti ağır qiymətləndirilir. Digər iki yaralının xəsarətləri isə nisbətən yüngüldür.
Faktla bağlı araşdırma aparılır.