DÜNYA


General Əli Fədavi: Müharibə məqsədi ilə Hörmüz boğazına daxil olan istənilən hərbi gəmi məhv ediləcək

Tehran, 17 avqust, AZƏRTAC

İran İslam İnqilabının Keşikçiləri Korpusunun Komandan müavini, general Əli Fədavi İranın Hörmüz boğazındakı hərbi donanmasının daha da gücləndirildiyini bəyan edib. General qeyd edib ki, xarici qüvvələrin müharibə hədələrinə qarşı olaraq İran boğazdakı hərbi iştirakının əhatəsini genişləndirib.

AZƏRTAC xəbər verir ki, o, müharibə məqsədi ilə boğaza daxil olan istənilən hərbi gəminin məhv ediləcəyini bildirərək deyib: “Müharibə məqsədi ilə bura gəmi göndərən dövlətlər peşman olacaqlar”.

General qeyd edib ki, ABŞ 40 ildir İranı sınağa çəkir. Amma özü bu sınaqlardan dərs götürmür. İran min illiklər boyu Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyini təmin edib və bundan sonra da edəcək. Bu regionda sabitliyi pozmağa çalışan dövlət qarşısında İranı görəcək.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.