SİYASƏT


General Həzi Aslanovun anadan olmasının 110 illik yubileyi Hərbi Dəniz Qüvvələrində qeyd edilib VİDEO

Bakı, 29 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə silsilə tədbirlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli sərkərdəyə həsr olunmuş növbəti tədbir Hərbi Dəniz Qüvvələrində keçirilib.

Hərbi hissənin zabit, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və matrosların iştirak etdikləri tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər İkinci Dünya müharibəsində qəhrəmanlıq tarixi yazan Həzi Aslanovun keçdiyi şanlı döyüş yolunun ordumuzun şəxsi heyətinə örnək olduğunu xüsusi vurğulayaraq, cəbhələrdə Azərbaycan oğul və qızlarının göstərdiyi hünər və rəşadətdən danışıblar.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.