Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

General Məmməd bəy Sulkeviç: Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm

General Məmməd bəy Sulkeviç: Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm

(II hissə)

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub. Ulu öndərimiz Heydər Əliyev bunu həmişə yüksək dəyərləndirirdi.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”. Bu zəmin 1991-ci ildə gerçəkləşdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.

“Azərbaycan Xalq Cümhuriyyəti İli” – 2018-ci il həm də Azərbaycan Ordusunun 100 illik yubiley ilidir.

AZƏRTAC bu münasibətlə Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, polkovnik Atamalı Şahbazovun məqaləsinin ikinci hissəsini təqdim edir.

General Məmməd bəy Sulkeviçin Cümhuriyyət ordusu üçün gördüyü digər mühüm xidmətlərindən biri də vəzifəyə təyin edildiyi gündən səfərbərlik planının hazırlanması ilə məşğul olması idi. Belə bir tapşırıq ona hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov tərəfindən verilmişdi. Onun 1919-cu il aprelin 8-də hərbi nazirə yazdığı məruzədə səfərbərliklə bağlı maraqlı təkliflər verdiyini görmək olar. General bildirirdi ki, səfərbərliklə bağlı müvafiq hüquqi bazanın olmaması müəyyən çətinliklər yaradır. O, səfərbərlik planının hazırlanması üçün Azərbaycanın Tiflisdəki hərbi attaşesinə “Səfərbərlik təlimatı”nın əldə edilib göndərilməsinə dair tapşırığın verildiyini bildirirdi. Mövcud durumda səfərbərliklə bağlı təklif edirdi ki, silah gəzdirməyi bacaran bütün müsəlman əhalisi çağırışa cəlb olunmalıdır.

Səfərbərlik elan edilən vaxt səfərbərliyə cəlb edilənlər yaxınlıqdakı hərbi hissələrə gələrək hərbi vəziyyət dövrü üçün nəzərdə tutulan ştatı tamamlamalı və əgər səfərbərliyə cəlb edilənlərin sayı hissənin ştatından çox olardısa, onda onlar malik olduqları silahın və atların miqdarına görə könüllü partizan dəstələrində birləşməli idilər. Belə bir prinsipin rəhbər tutulması Sulkeviçin fikrincə, hüquqi bazanın olmadığı bir vaxtda səfərbərliyin daha asan həyata keçirilməsinə zəmin yarada bilərdi. Onun təklifinə görə, səfərbərliyə cəlb edilənlər öz paltarlarında, silahları və varsa atları ilə gəlməli idilər. Hərbi hissələrin ştatlarından artıq olan səfərbərliyə cəlb edilmiş əhalidən isə partizan dəstələrinin yaradılması və onların nizami hərbi hissələr ilə döyüş əməliyyatları zamanı əlaqələrinin qurulması sahəsindəki işlərin görülməsini vacib sayırdı. Məhz bunun nəticəsi olaraq, 1919-cu il iyulun 11-də nazirliyin hökumətə göndərdiyi təklifə əsasən, həmin ilin 18-23 iyul tarixlərində hökumət tərəfindən geniş müşavirə keçirilib və partizan dəstələrinin yaradılması, onların maliyyələşdirilməsi barədə təkliflər qəbul olunub. General Sulkeviçin bununla əlaqədar Gəncə, Xankəndi, Zaqatala qarnizonlarının rəislərinə, Xaçmaz dəstəsinin komandirinə, Qarabağ və Qazax general-qubernatorlarına və Bakı möhkəmləndirilmiş istehkam hissəsinin rəisinə teleqramlar göndərərək süvari və piyada partizan dəstələri üçün səfərbərliklə bağlı siyahıların dəqiqləşdirilməsini tələb və xahiş etmişdi. General, həmçinin partizanlarla sınaq toplanışlarının keçirilməsini vacib saymış və bununla əlaqədar hərbi nazirin qarşısında vəsatət qaldırmışdı. Bunun nəticəsi olaraq, 1919-cu ilin noyabrında Dövlət Müdafiə Komitəsində partizanların səfərbərliklə toplanması məsələsi müzakirə olundu və mühüm qərarlar qəbul edildi. General Məmməd bəy Sulkeviçin rəhbərliyi altında Baş Qərargah tərəfindən ümumi səfərbərlik elan edildiyi təqdirdə dəmir yol xətlərinin qorunması haqqında təlimat hazırlanmışdı. Təlimata uyğun olaraq, Azərbaycan yolu xətləri beş sahəyə bölünmüşdü: Poylu-Qovlar, Qovlar-Yevlax, Yevlax-Hacıqabul, Hacıqabul-Biləcəri-Bakı, Biləcəri-Samurçay sahələri. Təlimatda, həmçinin bütün dəmir yolu xətti, habelə Şollar su kəmərinin mövcud dəmir yolu mühafizə bölmələri tərəfindən qorunmalı olduğu göstərilir.

General Məmməd bəyin Cümhuriyyət ordusu üçün hərbi dəmiryolçular məktəbinin yaradılmasında böyük əməyi olub. Həmin məktəbin yaradılması və 1919-cu il avqustun 10-da fəaliyyətə başlaması hərbi nazirin 1919-cu il 4 sentyabr tarixli 390 nömrəli və 1919-cu il 7 oktyabr tarixli 459 nömrəli əmrləri ilə qeyd edilib.

General Məmməd bəyin həmin dövrlərdə bolşeviklərin və digər xarici düşmənlərin orduya sızma imkanlarının və təxribatlarının qarşısının alınması məqsədilə kəşfiyyat və əks-kəşfiyyata cavabdeh bir qurumun rəisi kimi bir sıra qabaqlayıcı tədbirlərin görülməsində də böyük rolu olub. Onun vəzifəyə təyin olunmasından dərhal sonra - 1919-cu il martın 31-də Cümhuriyyətin daxili işlər nazirinin müavini general-mayor Ağabəyova yazdığı məktub buna sübutdur. O yazırdı: “1919-cu il aprelin 5-də qoşun hissələrinin Bakıya gəlməsi ilə bağlı olaraq hərbi nazir Səməd bəy Mehmandarov şəhərdə əks-kəşfiyyat işini təşkil etməyi əmr etmişdir. Bu məqsədlə yasovul Yusifov Daxili İşlər Nazirliyi orqanlarına ezam olunur. Yasovul Yusifov əks-kəşfiyyat orqanları ilə Daxili İşlər Nazirliyi orqanları arasında bir əlaqə yaradacağını qeyd edir və bildirirdi ki, Bakıda casus şəbəkəsinin mövcudluğu şübhə doğurmadığı bir vaxtda onlara qarşı mübarizə işini ruslara və ermənilərə tapşırmaq olmaz. Bu məsul işə yalnız türk xalqlarının nümayəndələri cəlb edilməlidirlər”. Həmin məktubu general bu sözlərlə bitirib: “Güman edirəm ki, Siz də bu fikirdəsiniz ki, biz hər ikimiz Vətən naminə bu vacib işi qətiyyətlə həll etməliyik. Bu iş respublika naminə elə sonsuz sədaqət tələb edir ki, onu heç bir pulla almaq mümkün deyil”. Generalın rəhbərliyi altında istər erməni dəstələrinin, istərsə də Denikin qoşunlarının fəaliyyətləri və planları barədə məlumat toplamaq üçün təşkil edilən kəşfiyyat kifayət qədər səmərəli işləmişdir. Bunun nəticəsi idi ki, Azərbaycanın istiqlaliyyəti üçün təhlükə törədən qüvvələrin hərəkətləri və niyyətləri barədə Hərbi Nazirliyin əlində zəruri məlumatlar olmuşdu. Bütün varlığı ilə hərbçi olan general Məmməd bəy Sulkeviç öz peşəsinə kifayət qədər bələd olan şəxs kimi hərbçilərdən ancaq öz xidməti vəzifələri ilə məşğul olmağı tələb edirdi. General hərbi hissə komandirlərindən təkidlə tələb edirdi ki, siyasətdən uzaq duraraq, yalnız öz vəzifə borclarının icrası ilə məşğul olsunlar. Onun 4-cü Zaqatala piyada alayının komandiri, polkovnik Dibirova ünvanladığı teleqram bunu bir daha sübut edir. General Sulkeviç yazırdı: “Hər vasitə ilə siyasətə qoşulmaqdan uzaq olun. Bunun üçün başqa orqanlar mövcuddur. Böyük həcmli məktublar göndərməklə teleqrafı yükləməyin. Vacib və çıxılmaz hallarda baş verənlərin qısa mahiyyətini çatdırın”. Bunun nəticəsi olaraq, onun tərəfindən hazırlanan və ordunun istifadəsinə verilən, hərbi nazirin 1919-cu il 12 oktyabr tarixli 466 nömrəli əmri ilə qüvvəyə minmiş “Məxfi sənədlərin tərtib edilməsi, icrası və göndərilməsi qaydaları haqqında” təlimatı nümunə göstərmək olar.

Generalın Cümhuriyyət ordusu üçün ən böyük xidmətlərindən biri də Gürcüstan ilə bağlanan hərbi sazişin ərsəyə gəlməsi olub. General vəzifəyə təyin olunduqdan dərhal sonra ordunun müəyyən silah-sursatla komplektləşdirilməsi, zabit kadrların və əsgərlərin müəyyən ixtisaslar üzrə təkmilləşdirilməsi üçün Gürcüstanla hərbi əlaqələrin qurulmasını vacib sayırdı. Bu səbəbdən general dəfələrlə hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarovla və ya ayrılıqda Tiflisdə xidməti ezamiyyətlərdə olub. Xidməti ezamiyyətlər barədə hərbi nazirin 1919-cu il 11 iyul tarixli 285 nömrəli, 1919-cu il 19 oktyabr tarixli 488 nömrəli, 1919-cu il 10 noyabr tarixli 519 nömrəli və 1919-cu il 15 dekabr tarixli 576 nömrəli əmrləri Mərkəzi Dövlət Arxivində saxlanılmaqdadır. Şübhəsiz ki, bu səbəbdən 1919-cu il iyunun 16-da iki ölkə arasında imzalanmış hərbi sazişi Cümhuriyyətin xarici işlər naziri Məmmədyusif Cəfərov, hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov ilə yanaşı, general-leytenant Sulkeviç də imzalayıb. Tiflisdə imzalanmış üç il müddətinə, on maddəli həmin sazişin əsas mahiyyəti respublikaların hər hansı birinə xarici müdaxilə olacağı halda digər respublikanın ona mümkün hərbi kömək göstərməsi idi.

Bu sazişin imzalanması həmin dövrdə Azərbaycanın dövlət və hökumət rəhbərliyi, habelə siyasətçilər tərəfindən son dərəcə yüksək qiymətləndirildi. Sazişdən əlavə, iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında sənəd də imzalandı. Həmin sənədə müvafiq olaraq, Gürcüstan həm hərbi-texnika və sursat, həm də kadrların hazırlanması baxımından Azərbaycana dəyərli kömək göstərməsini öz öhdəsinə götürdü. İki ölkə arasında hərbi əməkdaşlığın uğurlu davamı kimi, 1920-ci il yanvarın 20-də təsis edilmiş Azərbaycan-Gürcüstan müştərək Hərbi Şurasına hərbi nazirin köməkçisi, general-leytenant Əlağa Şıxlinski ilə yanaşı, Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviç də seçilmişdi.

General Məmməd bəy Sulkeviç Baş Qərargah rəisi kimi xidmətə başladığı aylardan Qarabağda vəziyyəti daim nəzarət altında saxlamışdır. 1920-ci ilin yanvarında Qarabağda vəziyyət mürəkkəbləşəndə Sulkeviç özü də bölgəyə gəlib, Ağdama iki zirehli avtomobil göndərib. General vəziyyətlə tanış olduqdan sonra bölgədə hərbi texnikanın sayının artırılmasını məqsədəuyğun hesab edib. O, həmçinin Qarabağın müdafiəsi üçün əlavə kürd dəstələrinin yaradılması ideyasının da müəllifidir. Vaxtilə Türkiyədə yaradılmış kürd qeyri-nizami alaylarını nümunə götürən Məmməd bəy Sulkeviç Qarabağda yaşayan yüksək hərbi keyfiyyətlərə malik kürd əhalisindən istifadə edilməklə süvari və piyada hissələrin yaradılmasını mümkün sayırdı. General Məmməd bəyin bu təklifi hərbi nazir Səməd bəy Mehmandarov tərəfindən bəyənilib və nazirin əmri ilə kürd hissələri təşkil edilib. Hətta Azərbaycan Hərbi Məktəbi yaradılarkən orada kürd bölməsinin də açılması nazirin 1919-cu il 31 oktyabr tarixli 507 nömrəli əmri ilə təsdiq edilib.

Hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov Məmməd bəy Sulkeviçin Cümhuriyyət ordusu üçün gördüyü xidmətləri və sədaqəti daim yüksək qiymətləndirib. 1919-cu il sentyabrın 18-də parlamentdə hərbi qulluqçuların vəzifə maaşlarında Baş Qərargah rəisi üçün 6225 rubl təsdiq olunmasına baxmayaraq, hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov 1919-cu il 21 sentyabr tarixli 422 nömrəli əmri ilə vəzifə maaşlarını elan edərkən əmrdə “şəxsən Sulkeviç üçün” yazmaqla daha yüksək, nazir köməkçisinin maaşı qədər vəzifə maaşı verməsini göstərib.

Lakin Qarabağdan qayıtdıqdan az sonra Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç hərbi nazirin 1920-ci il 17 fevral tarixli 105 nömrəli əmri ilə Azərbaycan Ordusu sıralarından tərxis olundu. Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün çox dəyərli xidmət göstərmiş Məmməd bəy Sulkeviçin ordudan nə səbəbdən tərxis olunması Cümhuriyyət ordusunun bu günə kimi açılmamış qaranlıq səhifələrindən biridir. Ancaq general Sulkeviç ordudan ayrıldıqdan sonra Azərbaycanı tərk etməyib, Azərbaycan hökumətinin çox məsul tapşırıqlarını yerinə yetirib. O, Nazirlər Şurası sədrinin əmri ilə Bakıdan keçərək Rusiyaya hərəkət edən Könüllü Ordu qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri təyin edilib.

Azərbaycanda bolşevik işğalı baş verəndə Məmməd bəy Sulkeviç də Cümhuriyyətin bir çox general və zabitləri kimi həbs edilib. Başqa cür də ola bilməzdi. Çünki Cümhuriyyət ordusunun formalaşmasında böyük xidmətlər göstərmiş milli ruhlu bir şəxsin varlığını daşnak xislətli bolşeviklər qəbul edə bilməzdilər. Qısa müddətli həbsdən sonra Məmməd bəy Sulkeviç 1920-ci il iyulun 15-də sorğu-sualsız güllələndi.

Çox hörmətli Şəmistan Nəzirlinin “Cümhuriyyət generalları” kitabında Məmməd bəy Sulkeviçin həyatının son anlarının şahidi olmuş iki nəfərin xatirələri verilib. Birinci xatirə M.Ə.Rəsulzadəyə istinad edilib: “Qardaşım, parlament üzvü Mehmet Əli bəyin hekayətini ilk dəfə xalqa çatdırmaq istəyirəm. O, qorxmaz general Sulkeviçin qəhrəmancasına ölümünün şahididir. Onunla bir kamerada olan Mehmet Əli bəy söyləyirdi: Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baxmağa cəsarət etmirdik, təsəlli sözü tapa bilmirdik... General Sulkeviç özü bizi qabaqladı. Sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Xudahafiz”.

İkinci xatirənin müəllifi isə Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şöbə müdiri işləmiş Meçislav Stanislavoviç Ruzdinski idi: “1920-ci il aprelin 28-də bolşevik çevrilişi baş verdi. Mən Polşa nümayəndə heyətinin üzvləri ilə birlikdə həbs edildim. Bir neçə gündən sonra bizi Fövqəladə Komitəyə apardılar. Az sonra general Məmməd bəy Sulkeviç də buraya gətirildi. Çevrilişdən bir neçə gün sonra sübh çağı çekistlər içəri girərək bir neçə nəfəri oyatdılar, əşyalarını yığmağı onlara əmr etdilər. Çekistlər tələsirdilər, haraya aparacaqları barədə heç nə demirdilər. Mən general Məmməd bəy Sulkeviçin yaxınlığında yatmışdım. General bizlərdən bir neçə nəfərin əlini sıxmağa macal tapdı. Xudahafizləşərkən tam əminliklə bilirdi ki, onu güllələməyə aparırlar. Onu da qeyd etməliyəm ki, general özünü çox ləyaqətli və mərdliklə aparırdı. Bir neçə gündən sonra qəzetlərdə əksinqilabi fəaliyyətdə ittihamlandırılanların güllələnməsi haqqında məlumatı oxuduq. Bu siyahıda general-leytenant Məmməd bəy Sulkeviçin də familiyası vardı. O da mənə məlumdur ki, general Sulkeviç haqqında heç bir araşdırma, məhkəmə istintaqı olmadı. O, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun generalı olduğuna görə sorğu-sualsız güllələndi”.

General-leytenant Məmməd bəy Sulkeviçin Cümhuriyyət ordusu və Azərbaycan xalqı üçün xidmətləri daimi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Ordusunun 80 illiyi ilə əlaqədar çıxışında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu sahəsində xidmətləri ilə bu gün də millətə və Vətənə sədaqət nümunəsi sayıla biləcək peşəkar hərbçilərdən tam artilleriya generalları - hərbi nazir Səməd bəy Mehmandarov, nazirin köməkçisi Əlağa Şıxlinski ilə yanaşı, Ordunun Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviçin də adını çəkib. Ümummilli liderimiz Heydər Əliyev bildirib ki, onlar çox işlər görüblər. O vaxt gənc, müstəqil Azərbaycan Ermənistan təcavüzünə, Ermənistanın Azərbaycanda törətdiyi təxribatlara qarşı mübarizə, döyüşlər aparırdı və uğurlu işlər görürdü.

2017-ci il sentyabrın 7-də Polşa Respublikasında səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Varşavada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimlərindən general-leytenant Məmməd bəy Sulkeviçin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. Müdafiə naziri tarixən sıx olan Polşa-Azərbaycan münasibətləri barədə danışaraq, general-leytenant Məmməd bəy Sulkeviçin Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi vəzifəsində xidmətdə olarkən milli hərbi hissələrin yaradılması və ölkənin müdafiə sisteminin qurulmasında əhəmiyyətli işlər gördüyünü qeyd edib.

Ömrünün son anına qədər Cümhuriyyət ordusuna sədaqətini nümayiş etdirən general-leytenant Məmməd bəy Sulkeviçin sağlam əqidəsi, zabit əyilməzliyi və Azərbaycan xalqı qarşısında təmənnasız və sədaqətli xidmətləri gələcək nəsillərin də xatirələrində yaşamalı və sədaqət nümunəsi olmalıdır.

Polkovnik Atamalı Şahbazov

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin

Hərbi Akademiyasının dosenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib