CƏMİYYƏT


General Qasım Rezayi: İran-Azərbaycan sərhədindəki təhlükəsizlik davamlı xarakter daşıyır

Tehran, 9 yanvar, AZƏRTAC

İran-Azərbaycan sərhədindəki təhlükəsizlik davamlı xarakter daşıyır. İki qonşu və dost ölkənin sərhədçilərinin səmərəli əməkdaşlığı nəticəsində sərhəddə təhlükəsizlik təmin edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ərdəbilə səfər edərək Azərbaycan ilə İran arasındakı sərhəd-mühafizə məntəqələrinə baxış keçirən sərhəd qoşunları komandanı general Qasım Rezayi deyib.

General bildirib ki, İran Azərbaycan ilə 756 kilometrlik quru və su sərhədinə malikdir. Qarşılıqlı əməkdaşlıq nəticəsində problemlər aradan qaldırılıb və sərhədlərin birgə mühafizəsi həyata keçirilir. İki ölkənin sərhədçiləri arasındakı yaxın münasibətlər narkotik vasitələrin qaçaqmalçılığının, qanunsuz miqrasiyanın və terrorun qarşısını almağa yaxşı imkan yaradıb.

Q. Rezayi deyib ki, bu gün İranın Azərbaycanla olan sərhədi ən təhlükəsiz bölgədir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.