DÜNYA


General Ter-Tadevosyan: Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil

Bakı, 11 aprel, AZƏRTAC

Ermənistanda bir il əvvəl “məxməri inqilab”ın yaratdığı eyforiya artıq sona çatıb. Ölkədə keçirilən aksiyalarda narazı vətəndaşlar məyus olduqlarını tez-tez dilə gətirirlər. Hətta Paşinyan hakimiyyətinə dəstək verən qüvvələr də onun siyasətini və komandasını sərt tənqid etməyə başlayıblar.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu fikirlər Ermənistan ordusunun generalı Ter-Tadevosyanın ölkənin müdafiə nazirinin ünvanına səsləndirdiyi bəyanatda yer alıb. O, David Tonoyanı səriştəsizlikdə günahlandıraraq qeyd edib ki, Ermənistanın müdafiə naziri ölkənin ictimai televiziyası vasitəsilə çıxış edərək böyük fikirlər səsləndirir, hərbi əməliyyatlardan danışır. Bu, onun təcrübəsizliyindən və səriştəsizliyindən irəli gəlir. Əgər sənin xarici diplomatiyan istənilən səviyyədə deyilsə, hansı hərbi əməliyyatlardan danışmaq olar? İkincisi, bu gün Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil.

“Mən Tonoyana məsləhət görərdim bu cür bəyanatlarla özünü gülünc vəziyyətə salmasın. Bu yaxınlarda Meğridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir... Bunlar sadəcə qığılcımdır”, - deyə Ter-Tadevosiyan vurğulayıb.

Bundan başqa, Ermənistan xüsusi istintaq komitəsi eks-prezidentlər Robert Koçəryan və Serj Sarkisyanın yaxın ətrafı ilə bağlı araşdırmaları gücləndirib. Sarkisyanın yaxın qohumu keçmiş deputat, İnterpol tərəfindən axtarışda olan general Mihran Poğosyan küllü miqdarda valyutanın xaricə çıxarılmasında şübhəli bilinir. Ona qarşı cinayət işi açılıb. Hazırda Latın Amerikasında yaşayan sabiq general barəsində deyilənləri təkzib edib və Ermənistana bir daha qayıtmaq fikrində olmadığını bildirib. Xüsusi istintaq komitəsinin sədri “1 mart” hadisələri ilə bağlı həbsdə saxlanılan Robert Koçəryanın vəkillərinin ali və apellyasiya məhkəmələrinə şikayətlərini əsassız sayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.