SİYASƏT


General Yücel Karauz: Azərbaycan işğal altındakı torpaqları azad edərək dövlətçilik tarixində şanlı səhifə yazdı

Ankara, 1 dekabr, AZƏRTAC

Azərbaycan işğal altındakı torpaqları düşməndən azad edərək dövlətçilik tarixində şanlı zəfər səhifəsi yazdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Əldə olunan qələbənin mühüm tarixi nailiyyət kimi dəyərləndirən general Yücel Karauz deyib ki, Azərbaycanın Naxçıvan bölgəsi ilə ölkənin əsas hissəsi arasında əlaqələrin qurulması bir tərəfdən 28 illik işğalın sonu deməkdirsə, digər tərəfdən isə böyük bir problemin həlli olunmasıdır.

Möhtəşəm zəfərlə bağlı səmimi hislərini bölüşən general Yücel Karauz deyib: “Azərbaycanın ən böyük qazancı insanların öz xalqına, millətinə, vətəninə və Ali Baş Komandanına bağlılığıdır”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.