SİYASƏT
General Yücel Karauz: Şanlı hərbi zəfərlərin tarixləri Azərbaycanda ən əziz günlər kimi qeyd olunacaq VİDEO
Ankara, 18 noyabr, AZƏRTAC
Hazırda bütün dünyanı maraqlandıran mühüm bir sual var: Azərbaycan 28 il sonra bu şanlı Qələbəni necə qazandı? Bu zəfərin dörd mühüm səbəbi var. İlk növbədə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev fəaliyyətini ümummilli lider Heydər Əliyevin vəsiyyətlərinə uyğun qurmaqla böyük uğurlar qazana bilmişdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasını, üçrəngli bayrağa tükənməz məhəbbəti, torpağa və Vətənə bağlılığı birlik və həmrəyliyin təzahürü kimi dəyərləndirən general Yücel Karauz deyib: “Üçrəngli bayrağı, Vətəni və torpağı, milli-mənəvi dəyərləri üçün şəhidlik zirvəsinə ucalmağa hazır olan övladlara sahib ölkə basılmazdır. Əminliklə deyə bilərəm ki, 8, 9 və 10 noyabr tarixləri Azərbaycanda ən əziz günlər kimi bayram əhval-ruhiyyəsi ilə qeyd olunacaq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara