SİYASƏT


General Yücel Karauz: Son hadisələr təcavüzkar Ermənistan tərəfindən planlı şəkildə həyata keçirilən təxribatdır VİDEO

Ankara, 14 sentyabr, AZƏRTAC

Son hadisələr təcavüzkar Ermənistan tərəfindən planlı şəkildə həyata keçirilən təxribatdır. Buna sübut Ermənistanın Baş nazirinin insidentin ardınca xarici dövlətlərə etdiyi zənglərdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.

Qəhrəman Azərbaycan Ordusunun Vətən savaşındakı rəşadəti və sonrakı proseslərdə göstərdiyi qətiyyətin işğalçı tərəfə tarixi dərs olduğunu xatırladan general Yücel Karauz deyib ki, Ermənistan rəhbərliyi bu cür təxribatlarla bir tərəfdən 44 günlük müharibənin nəticələrini unutdurmaq istəyir, digər tərəfdən isə beynəlxalq ictimaiyyətin rəyini Azərbaycana qarşı çevirmək niyyətindədir. Bütün bu təxribatların ən böyük məqsədi isə normallaşma prosesini əngəlləməkdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.