CƏMİYYƏT


General-leytenant Əliağa Şıxlinskinin xatirəsi yad edilib

Bakı, 26 aprel, AZƏRTAC

General-leytenant Əliağa Şıxlinski Azərbaycan Demokratik Cümhuriyyəti dövründə hökumət qarşısında müdafiə naziri əvəzi kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət dəstəyinin artırılması və Cəmiyyətə zəruri olan xərclərin ödənilməsi təklifini edib. Onun təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti həmin dövrdə özünün fəaliyyətini daha da artırıb və general-leytenant təşkilatın yaradılmasının təsisçilərindən biri olub.

Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə cəmiyyət üzvlərinin Azərbaycanın hərb tarixində müstəsna xidmətləri olan general-leytenant Ə.Şıxlinskinin Yasamal qəbiristanlığındakı məzarını ziyarət edərkən bəhs olunub.

Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə çıxış edərək məşhur artilleriya zabitinin keçdiyi həyat yolu və hərb tarixindəki, eləcə də cəmiyyətin yaradılması sahəsində fəaliyyətindən danışıb.

Görkəmli hərbçinin məzarı önünə əklil, gül-çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.