SİYASƏT


General-leytenant Nizam Osmanov: Azərbaycan Ordusu düşmənin istənilən təcavüzünün qarşısını almağa hazırdır

Bakı, 20 dekabr, AZƏRTAC

Dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təminatçısı olan Azərbaycan Ordusu son illərdə daha da möhkəmlənib, mütəşəkkil hərbi qüvvəyə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur və düşmənin istənilən təcavüzünün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov dekabrın 20-də Silahlı Qüvvələrdə ən yaxşı tabor (divizion) komandirləri yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışında deyib.

N.Osmanov bildirib ki, ötən il aprel döyüşləri zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Aprel döyüşlərində qazandığımız qələbə xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin, Azərbaycan Ordusunun güc və qüdrətinin, həmçinin müdrik Prezidentimiz, qətiyyətli sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qələbəsi kimi tarixə düşdü.

“Ordumuza, onun şəxsi heyətinə ölkə rəhbərliyi tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ordumuzun maddi-texniki bazası hər gün möhkəmlənir, yeni-yeni döyüş texnikaları, silah-sursatlar, zenit-raket kompleksləri, artilleriya qurğuları, döyüş təyyarələri, helikopterlər alınır. Keçirilən irimiqyaslı taktiki təlimlər, komanda-qərargah hərbi oyunları göstərir ki, Azərbaycan Ordusu quruda, dənizdə və havada, istənilən iqlim şəraitində qarşısına qoyulmuş hər bir vəzifəni yerinə yetirməyə hər an hazırdır”, - deyə general-leytenant deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.