Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

General-polkovnik Tofiq Ağahüseynov: fəxr edirəm ki, yubiley paradında Azərbaycan ordusunun döyüşçülərini də görəcəyəm

Bakı, 1 aprel, AZƏRTAC

Biz dünyaya saysız-hesabsız iztirablar və ağrılar gətirmiş, uşaqların, ataların və anaların həyatını, ən azı sağlamlığını əllərindən almış, milyonlarla insanın evini viran qoymuş 1941-1945-ci illər Böyük Vətən müharibəsinin qəhrəmanlarını və o dövrün hadisələrini hər il yad edirik. Ona görə ki, 9 May gününün XX əsrin qəhvəyi taunu üzərində ümumxalq qələbəsi günü olmasını unutmağa haqqımız yoxdur. Bu tarix dünyanın bir çox ölkələrində böyük hadisə kimi qeyd edilir. Sovet xalqının böyük igidliyini, dünyada bu dəhşətli müharibənin səbəbkarı olmuş siyasətçilərin əməllərinin bəşəriyyətə nəyin bahasına başa gəldiyini unutmağa haqqımız yoxdur. Bu yaddaşı qoruyub saxlamaqda bizə Böyük Vətən müharibəsi veteranları kömək edir. Onların hər biri indiki nəsil üçün xüsusi hörmət və ehtirama layiq olan qəhrəmanlardır. Bu il qalib əsgərlər onlar üçün ən əsas bayram – Böyük Qələbənin 75 illiyi münasibətilə təbriklər qəbul edəcəklər.

Əfsanəvi adam... Xüsusi xarakterə malik, həyat yolu qeyri-adiliyi ilə seçilən, bütün ömrünü həsr etdiyi işin və peşənin qeyri-adiliyi ilə fərqlənən insanı belə adlandırırlar. Kiminsə bəxti gətirib belə şəxsiyyətlərlə görüşmək, bu müdrik müsahibin mülayim səsini eşitmək nəsib olsa, onların nə qədər gərəkli olmasını başa düşərlər. 1941-1945-ci illərin Böyük Vətən müharibəsinin iştirakçıları olmuş veteranlar haqqında AZƏRTAC üçün materiala hazırlayarkən belə bir əfsanəvi insanla – Azərbaycan Müharibə, Əmək və Silahlı qüvvələr veteranları təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovla belə bir görüşümüz oldu.

...O, könüllü olaraq cəbhəyə gedəndə 18 yaşı vardı, institutun birinci kursunda oxuyurdu. Böyük Vətən müharibəsi qurtaranda Tofiq Ağahüseynovun 22 yaşı vardı. 1946-cı ildə Berlindən Bakıya qayıdıb təhsilini başa vurdu, sonra Moskvada Hərbi Akademiyaya daxil oldu və oranı bitirəndən sonra hərbi xidməti davam etdirməyi qərara aldı. Keçmiş SSRİ-nin ən müxtəlif regionlarında xidmət keçdi. O, bütün həyatını Silahlı Qüvvələrə həsr etdi.

Tofiq Yaqub oğlu ilə söhbəti çox davam etdirmək olar. Onun güclü hafizəsi və maraqlı müsahib istedadı var. Öz bioqrafiyasından maraqlı epizodlar, çoxsaylı məşhur insanlar ilə görüşləri, uşaqlıq illərindən başlayaraq həyatında baş vermiş hadisələr barədə söhbət etməyi xoşlayır.

-Tofiq müəllim, siz, könüllü olaraq cəbhəyə gedəndə 18 yaşınız vardı, Azərbaycan Dövlət Neft Sənayesi İnstitutunun tələbəsi idiniz. Axı həmin dövrdə gələcək neftçiləri hərbi mükəlləfiyyətdən azad edirdilər. Yəqin ki, bu sizin ən birinci məsul qərarınız olub.

-Bəli, 1940-cı ildə indiki Azərbaycan Dövlət Neft Sənayesi Universitetinə daxil olanda neftçi olmağı planlaşdırırdım. Lakin 1941-ci ilin yayında başlamış Böyük Vətən müharibəsi ölkəmizin, o cümlədən mənim də həyatıma düzəlişlər etdi.

1941-ci ilin payızında hərbi komissarlığın nümayəndəsi bizim instituta gəldi və Bakı Zenit Artilleriyası Məktəbinə köçürülmək istəyən tələbələri seçməyə başladı. Mən aldığım tərbiyəyə və vətən qarşısında məsuliyyətimi başa düşdüyümə görə könüllü olaraq Qızıl Ordu sıralarına daxil oldum. Bir ildən sonra leytenant rütbəsində hərbi eşelonla Moskvaya yola düşdüm və az sonra cəbhədə oldum.

-Sizin cəbhədə xidmətiniz Arxangelskdə, Obozyorskaya stansiyasının yaxınlığında yerləşən Zenit-artilleriya diviziyasının vzvod komandiri vəzifəsində başlanıb. O vaxt sizin diviziya hansı vəzifələri yerinə yetirirdi?

-Biz Severodvinskdəki və Arxangelskdəki liman qurğularını, müttəfiqlərin nəqliyyat konvoylarının yükünün boşaldığı yerləri, digər obyektləri düşmən aviasiyasının hücumlarından qoruyurduq. Almanlar hücum edərkən ilk növbədə Hava Hücumundan Müdafiə obyektlərini məhv etməyə çalışırdılar ki, sonra şəhəri və limanı asanlıqla bombalasınlar. Mən oraya çatdığım ilk gündə döyüş sınağından keçməli oldum. Müharibə dövründə əsgərin iştirak etdiyi ilk döyüşü belə adlandırırdılar. Qəflətən hücum başlandı. Zenit toplarının atəşləri, düşən bombaların gurultusu altında cəbhə yoldaşlarımla bərabər yanğınları söndürməyə başladıq. Bu iş başa çatandan sonra əsgər zirzəmisinə getdim. Orada məni artıq öz adamları kimi qarşıladılar, çaya qonaq etdilər. Bu, qoçaqlıq baxımından ilk sınaq idi və məhz o vaxt başa düşdüm ki, komandir öz nüfuzunu qoruyub saxlaması üçün döyüşdə əsgərlərin yanında olması çox vacibdir.

... 18 yaşlı leytenant kimi hərbi xidmətə başlamış Tofiq Ağahüseynov bu xidmətini 40 ildən sonra general-polkovnik rütbəsində başa vurub. Ona 1943-cü il mayın 19-da verilmiş döyüş xasiyyətnaməsi çox əlamətdardır: "tapşırığın yerinə yetirilməsini təmin etməyi bacarır. Döyüşdə nümunə ola bilər. Nüfuz qazanıb, düşmən tanklarına qarşı uğurlu mübarizəni təşkil etməyi və döyüşü idarə etməyi bacarır. Atəş vzvoduna komandirlik etməyə meyillidir".

Tofiq Ağahüseynov həmin illərdə sovet ordusunda bu cür yüksək rütbəyə çatmış ilk və yeganə azərbaycanlı olub. 23 medal və 8 orden ilə, o cümlədən üç "Qızıl Ulduz" ordeni və "Şöhrət" ordeni ilə təltif olunub.

-Döyüşlər haqqında xatirələriniz çoxdur, amma yəqin ki, siz Reyxstaq divarında yazdığınız sözləri indiyə qədər ən əsas xatirə hesab edirsiniz.

-Mən Visla-Oder əməliyyatında, Varşavanın azad olunmasında iştirak etmişəm. 1944-cü ildə bizim diviziya 1-ci Belarus cəbhəsinə daxil oldu, 1945-ci ilin mayında vuruşa-vuruşa Berlinə çatdı. Berlin əməliyyatlarında iştirak etmişəm, müharibəni Berlində başa vurmuşam.

Reyxstaqda bu cür yazılar minlərlə idi. Lakin mənim üçün vacib məqam o idi ki, belə yazılar arasında Azərbaycan döyüşçünün yazısı da vardı və onu mən yazmışam. Həmin anda mən öz vətənimə görə xüsusi qürur hiss keçirirdim.

-Siz bunu necə edə bildiniz?

-Berlinə əməliyyat qrupunun tərkibində getmişdim. Məni leytenant olduğuma görə Berlin ətrafında yeni mövqelər seçməyə göndərdilər. Bir serjant və maşın verdilər. Biz yola düşdük. Mayın 2-də Berlinə çatdıq.

Reyxstaqa yaxınlaşanda baxıb gördük ki, onun divarı yazılarla doludur. Bu serjant yekəpər bir oğlan idi. Məni öz çiyninə əyləşdirdi və bu vəziyyətdə bir kolonnanın yuxarısına qədər gedib çatdıq. Orada mən bu sözləri yazdım: "Ya iz Baku, Aqaquseynov".

-Böyük Vətən müharibəsində Qələbə qazanılmasında Bakının və Azərbaycanın rolu barədə bu gün nə demək istərdiniz?

-Mən bunu həmişə deyirəm, o vaxt bütün Sovet İttifaqı üçün neftin əsas mənbəyi Bakı idi və hamı bilirdi ki, Bakı nefti olmasa heç bir qələbəni gözləməyə dəyməzdi. Hərbçi kimi ölkənin hava hücumundan müdafiə sisteminin yaradılmasında Bakının rolu barədə də danışa bilərəm. SSRİ-də iki hava hücumundan müdafiə dairəsi vardı: biri Moskvada, digəri Bakıda idi. Məncə aydındır ki, bu fakt ittifaq dövlətində ümumi hava hücumundan müdafiə sisteminin yaradılmasında Bakı şəhərinin necə böyük strateji əhəmiyyət kəsb etdiyini göstərir.

-Tofiq müəllim, siz şanlı və eyni zamanda, mürəkkəb həyat yolu keçmişiniz. Zəngin hərbi bioqrafiyanız var. Zenit batareyası komandirindən başlamış Varşava müqaviləsinin iştirakçısı olan ölkələrin Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanlığının nümayəndəsinə qədər əmək yolu keçmişiniz. Minlərlə məsul qərarlar qəbul etməli olmuşunuz. Cəbhədə qalib gəlmək, yoxsa məğlub olmaq bu qərarlardan asılı idi. Siz dinc dövrdə də çox müxtəlif qərarlar qəbul etmişiniz. Həmin qərarların hansı daha mürəkkəb olub?

-Əlbəttə, mənim qəbul etdiyim ən mürəkkəb qərarlar müharibədən sonrakı dövrə təsadüf edib. Bir avar müharibədə olasan və komandanlığın göstərişlərini yerinə yetirəsən, bir də var sən özün məsuliyyəti öz üzərinə götürürsən. Üstəlik, belə qərarlar bir anda qəbul edilir. Ona görə də mən həyatımda ən mürəkkəb qərarları müharibədən sonra qəbul etməli olmuşam. Akademiyanı bitirəndən sonra Bakı Hava Hücumundan Müdafiə Dairəsində xidmət etmişəm, alay, diviziya, korpus komandiri olmuşam. Zaqafqaziya Hava Hücumundan Müdafiə Dairəsinin komandanının birinci müavini, daha sonra bu dairənin komandanı olmuşam.

1982-1987-ci illərdə Varşava müqaviləsinin iştirakçısı olan ölkələrin Birləşmiş Silahlı Qüvvələri Baş Komandanlığının Çexoslovakiya Hava Hücumundan Müdafiə Dairəsinin komandanı yanında nümayəndəsi olmuşam. Bu, yüksək vəzifə və böyük etimad əlaməti idi.

... Silahlı qüvvələrdə 40-ildən çox xidmət edəndən sonra 1987-ci ildə Tofiq Ağahüseynov ordudan tərxis olunub. Lakin Sovet İttifaqının dağılması və Ermənistanın Dağlıq Qarabağda Azərbaycana qarşı silahlı təcavüzü generalı yenidən ordu sıralarına qaytarıb. O inanırdı ki. Erməni təcavüzünə yalnız müasir ordunun köməyi ilə son qoymaq olar. Azərbaycanda belə bir ordu yaradılmasında ölkə rəhbərliyi ilə bərabər Tofiq Ağahüseynov da illər boyu çalışıb.

1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təkidi ilə Tofiq Ağahüseynov hərbi xidmətə bərpa olunub və Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilib. 2002-ci ilə qədər bu vəzifədə çalışıb, müasir Azərbaycan ordusunun yaradılmasına sanballı töhfə verib. 2002-2007-ci illərdə Prezidentin tövsiyəsi ilə Azərbaycan Müdafi Nazirinin müşaviri vəzifəsində işləyib.

-Siz Heydər Əliyevlə şəxsən tanış idiniz...

-Elədir, o hələ Respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu vaxt tanış olmuşuq. O vaxtdan 30 ilə yaxın müddət keçmişdir. O mənə çox gözəl münasibət bəsləyirdi, mən də ona sonsuz hörmət edirdim. O, hər şeyi bilirdi. – hərbi sistemi də, mülki sistemi də. Bu, nadir adam idi. Biz onunla həmməslək idik, mən onun missiyasına həmişə inanmışam, təkcə ölkənin rəhbəri, ən yüksək ehtirama layiq olan dövlət xadimi kimi deyil, həm də ali əxlaqi keyfiyyətlərə malik, öz vətənini, Azərbaycan xalqını hədsiz sevən bir insan kimi ona səmimi münasibət bəsləmişəm.

Onun dünyasını dəyişməsi mənə çox ağır təsir göstərdi. 2007-ci ildə istefa verdim. On il işləmədim. 2017-ci ildə məni Azərbaycan Müharibə, Əmək və Silahlı qüvvələr veteranları təşkilatının sədri vəzifəsinə dəvət etdilər. Yenidən döyüş postundayam. Hərə bir cür qocalır. Sağ qalan Böyük Vətən müharibəsinin veteranlarını sayı çox deyil. Keçən il bu vaxt bizim təşkilatın uçotunda 389 nəfər vardı, indi 260 adam qalıb. Martın əvvəlində 263 nəfər idik. Təkcə bir ayda 3 nəfər aramızdan gedib. Bizdə bütün Müharibə, Əmək, Silahlı qüvvələrin təşkilatları və hüquq-mühafizə orqanları, veteranları həlak olmuş, vəfat etmiş, müharibə və əmək veteranlarının dul qadınları, habelə respublikanın bütün veteran təşkilatları adbaad qeydiyyatdadır. Bizdə uçotda olan adamların ümumi sayı 95 mindir. Azərbaycanda neçə veteran olduğunu bizdən başqa heç kəs bilmir. Hamı bu barədə məlumatı bizdən alır.

-Tofiq Yaqub oğlu, siz o xoşbəxt insanlardansınız ki, həyatının sonuna qədər, siz demişkən, döyüş postunda öz missiyasını yerinə yetirmək imkanı qazanıb. Mülki ictimai təşkilatın rəhbəri rolunda özünüzü necə hiss edirsiniz?

-Mən ilk növbədə, bizim prezidentimiz İlham Əliyevə onun veteranlara göstərdiyi daimi qayğıya görə minnətdaram. Bizə bu cür münasibət çox dəyərlidir və Prezidentin yaşlı nəsil qarşısında öz borcunu ləyaqətlə yerinə yetirən, beləliklə xalqımızın ən yaxşı ənənələrindən birini – yaşlılara hörmət ənənəsini qoruyub saxlayan insan olmasına dəlalət edir. Bizim təşkilatın gözəl binası, öz yeməkxanası, akt zalı var. Bütün keçmiş sovet respublikalarından, xarici ölkələrdən bizə qonaqlar gəlir. 2015-ci ildə bizim ofisi şəxsən İlham Heydər oğlu və Mehriban xanım açdılar. Əvvəl bizim təşkilata Nazirlər Kabinetinin binasında bir neçə otaq ayrılmışdı.

Biz beynəlxalq səviyyədə böyük iş aparırıq, Beynəlxalq "Müstəqil Dövlətlərin İctimai Veteran Təşkilatları Birliyi" ittifaqının əlaqələndirmə şurası, MDB ölkələrinin veteran təşkilatları ilə əlaqə saxlayır.

1997-ci il noyabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı qüvvələr veteranları təşkilatı, Ümumdünya Veteranlar Federasiyasının Baş Assambleyasının iclasında bu federasiyaya üzv qəbul edildi.

Yuxarıda adlarını çəkdiyim təşkilatların keçirdiyi tədbirlərdə iştirak etməsi sayəsində Azərbaycan veteranlar təşkilatı Azərbaycanın beynəlxalq səviyyədə təsdiq edilmiş ərazi hüdudlarının bərpa edilməsinə qarşı Ermənistanın hüquqazidd siyasəti barədə mötəbər informasiyanın dünya ictimaiyyətinə çatdırılması üçün böyük iş aparır.

İndi biz Böyük Vətən müharibəsində azərbaycanlıların iştirakı barədə kitab hazırlayırıq. Gənclər üçün nəzərdə tutulan bu kitabda müharibənin necə başlanması təsvir edilir, qələbənin qazanılmasında Azərbaycanın və azərbaycanlıların rolu göstərilir. Məsələn, az adam bilir ki, Nürnberq prosesində azərbaycanlı tərcüməçilər olub, biz əvvəllər məlum olmayan çoxlu belə faktlar tapmışıq.

-Tofiq Yaqub oğlu, siz, əlbəttə, hər il mayın 9-da Moskvada keçirilən qələbə paradlarında iştirak etmisiniz. Həmin paradlar bu gün müasir cəmiyyətin həyatında nə rol oynayır?

-Mən 1952-ci ildə keçirilən paradda yürüşçü kimi iştirak etmişəm. O vaxt Stalin hələ sağ idi, mən F.Dzerjinski adına akademiyada oxuyurdum. Sonra bir dəfə də faşist Almaniyası üzərində qələbənin 50 illiyi bayram edilən vaxt qələbə paradında iştirak etdim. Bu, hər bir iştirakçı üçün, mənim fikrimcə həmin parada televiziya ilə qızıl meydanın tribunalarından baxanların hamısı üçün unudulmaz anlar idi. Mənim bildiyimə görə Böyük Qələbənin 75 illiyi şərəfinə təşkil edilən parad xüsusi ilə möhtəşəm olmalıdır. Mən fəxr edirəm ki, yubiley paradında Azərbaycan ordusunun döyüşçüləri də iştirak etməlidirlər. Paradlar gənc nəslin tərbiyəsi işində də mühüm rol oynayır. Belə tədbirlərdə iştirak etmək vətənpərvərlik ruhunu yüksəldir, öz ölkəsinə görə qürur hissi keçirməyə imkan verir və həyat göstərir ki, qloballaşma dövründə dünyada baş verən bütün dəyişikliklərə baxmayaraq bu gün də gənclərə lazımdır.

-Söhbət üçün təşəkkür edirəm.

Larisa Cavanşir

Məxsusi AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb