MƏDƏNİYYƏT
“Generalın son əmri” nümayiş olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında səhnələşdirilən eyniadlı iki hissəli tragikomik tamaşa nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa Xalq Artisti Ramiz Həsənoğlunun quruluşunda təqdim edilib. Səhnə əsərinin quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada general obrazını Xalq Artisti Cəfər Namiq Kamal canlandırıb. Tamaşada digər rolları Əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Pərviz Məmmədrzayev və başqaları ifa edib.
Polifonik zənginliyi ilə seçilən səhnə əsəri güclü sarkazmla yanaşı, həm absurd, həm də sürrealist teatrın ünsürlərini daşıyan, sırf realist personajlarla xəyali iştirakçıların ünsiyyətini əks etdirən, diriykən ölənləri və ölüykən diriləri səhnəyə gətirən unikal əsərdir.
Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]