MƏDƏNİYYƏT
“Generalın son əmri” yenidən Milli Dram Teatrında
Bakı, 16 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında eyniadlı ikihissəli tragikomik tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, aktyorlar Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edəcək.
Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]