MƏDƏNİYYƏT
“Generalın son əmri” yenidən nümayiş olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı iki hissəli tragikomik tamaşa nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq Artisti Cəfər Namiq Kamal, Əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa edib.
Qeyd edək ki, tamaşanın premyerası 2014-ci il sentyabrın 19-da baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]